satellite   Azerspace-1: 11135 H 30000

Məhkumun həbs olunmamışdan əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb - BİRGƏ ƏMƏLİYYAT

Məhkumun həbs olunmamışdan əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb<font color='red'> - BİRGƏ ƏMƏLİYYAT</font>

Ədliyyə və Daxili İşlər nazirlikləri birgə əməliyyat keçirib.

NTV xəbər verir ki, bu barədə nazirliklərin birgə əməliyyat məlumatında bildirilib.

Qeyd olunub ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonunun Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ona məxsus 1 daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 əl qumbarası aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM