satellite   Azerspace-1: 11135 H 30000

Şərurda arvadını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Şərurda arvadını öldürməkdə şübhəli bilinən şəxs tutulub

NTV xəbər verir ki, iyulun 31-də Şərur rayon Qarxun kənd sakini  Məmiyeva Sunay Siyafər qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı, Şərur rayonu Qarxun  kənd sakini  Məmiyev Nadir Yunis oğlu həyat yoldaşı Məmiyeva Sunayı  öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Nadir Məmiyev barəsində Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Nadir Məmiyev özü Polis İdarəsinə gələrək öz əməlini etiraf edib, polis əməkdaşları tərəfindən istintaq orqanına təhvil verilib və  prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM