Naxçıvan Muxtar Respublikasında bağlanan nikahların sayı ilə bağlı göstəricilər açıqlanıb.
NTV xəbər verir ki, 2026-cı ilin yanvar-aprel aylarında muxtar respublikada ümumilikdə 293 nikah qeydə alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma olduğunu göstərir. Belə ki, 2025-ci ilin ilk 4 ayında 346 nikah rəsmiləşdirilmişdi.
Qeyd edək ki, 2025-ci il ərzində isə ümumilikdə 1331 nikah bağlanıb.
