satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda su xəttində qəza baş verib

Naxçıvanda su xəttində qəza baş verib

Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəza səbəbindən bəzi ərazilərin su təchizatında müvəqqəti fasilə yaranacaq.

NTV xəbər verir ki, diametri 450 mm olan magistral xətdə aparılacaq qəza-bərpa işləri ilə əlaqədar olaraq mayın 7-si saat 00:00-dan etibarən şəhərin bir sıra küçə və yaşayış massivlərində gün ərzində suyun verilməsində məhdudiyyət tətbiq ediləcək.

Su kəsintisi M.P.Vaqif, S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar küçələri, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan məhəllələri, həmçinin 6, 54, 56, 58, 60, 61-ci məhəllələr, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini əhatə edəcək.

Qəzanın aradan qaldırılmasından sonra su təchizatının bərpası təmin olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM