satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi olan şəxslərə avtomobillər təqdim olunub - FOTOLAR

Naxçıvanda Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi olan şəxslərə avtomobillər təqdim olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi olan şəxslərə avtomobillər təqdim olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi olan şəxslərə avtomobillər təqdim olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi olan şəxslərə avtomobillər təqdim olunub<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl Atom Elektrik Stansiyasında qəza ilə əlaqədar əlilliyi olan 4 şəxsə minik avtomobili təqdim edilib.

Nazirlikdə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın 40-cı ildönümü ilə əlaqədar görüş keçirilib. Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi olan vətəndaşların sosial müdafiəsi sahəsində mühüm addımların atılmasına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə başlandığını, bu sahədə işlərin davam etdirildiyini vurğulayıb.

Bildirilib ki, Prezident cənab İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının da ildən-ilə güclənməsinə imkan verib. Ölkəmizdə 2018-ci ildən icra olunan 5 sosial islahat paketi çərçivəsində bu kateqoriyaya aid şəxslərin sosial ödənişləri də dəfələrlə artırılıb.  

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə, reabilitasiya xidmətləri, sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə aparılan işlərdən bəhs olunub.
Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi olan şəxslər həyata keçirilən sosial dəstək tədbirlərindən razılıqlarını bildirib, onlara göstərilən hərtərəfli qayğıya və bu gün avtomobillə təmin olunduqlarına görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM