satellite   Azerspace-1: 11135 H 30000

Qobustanda qazıntı işləri zamanı torpaq çöküb, ölən və yaralı var - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən NTV-yə verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qazıntı işləri aparılan zaman torpaq qatının çökdüyü və 2 nəfər vətəndaşın torpaq qatının altında qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində bir nəfər (kişi cinsli) xilas edilib, bir nəfərin (kişi cinsli) meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM