Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.
NTV xəbər verir ki, konfrans çərçivəsində “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda yan tədbir, həmçinin “Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanları” və “Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi” mövzularında panellər müzakirə olunur. Konfransda Naxçıvandan gələn nümayəndə heyəti də iştirak edir.
Konfransın davamı olaraq AQEM Qadınlar Şurası yaradılıb və ilk iclası keçirilib. İclasda üzv dövlətlər arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatın rəsmi tətbiqinə başlanıldığı bildirilib
