satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib

Azərbaycanda I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib

Bu ilin I rübündə Azərbaycanda 113 041 "ASAN İmza" elektron imza sertifikatı verilib.

Bu barədə NTV-yə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Hesabat dövründə "ASAN İmza"lar 72 735 müraciət üzrə təqdim olunub. Bu isə 1 il əvvələ nisbətən 3,6 % azdır.

"ASAN İmza" elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Sertifikatlar 3 il etibarlıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM