satellite   Azerspace-1: 11135 H 30000

Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası - FOTOLAR

Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası<font color=red> - FOTOLAR</font> Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası<font color=red> - FOTOLAR</font> Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası<font color=red> - FOTOLAR</font> Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası<font color=red> - FOTOLAR</font> Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası<font color=red> - FOTOLAR</font> Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası<font color=red> - FOTOLAR</font> Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası<font color=red> - FOTOLAR</font> Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası<font color=red> - FOTOLAR</font> Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası<font color=red> - FOTOLAR</font> Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası<font color=red> - FOTOLAR</font> Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası<font color=red> - FOTOLAR</font> Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası<font color=red> - FOTOLAR</font> Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası<font color=red> - FOTOLAR</font> Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası<font color=red> - FOTOLAR</font> Laçının “Bəylik Bağları”nda ağacəkmə aksiyası<font color=red> - FOTOLAR</font>

Qarabağ Dirçəliş Fondunun (QDF) maliyyə dəstəyi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilati dəstəyi ilə Laçın rayonunun Bəylik kəndinin “Bəylik Bağları” adlanan ərazisində ağacəkmə aksiyası keçirilib.

NTV-nin məlumatına görə, aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, o cümlədən ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti, ekoaktivistlər və yerli sakinlər iştirak ediblər.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək bildirib ki, “Bəylik Bağları” Laçın rayonunun zəngin təbii və mədəni irsinin mühüm tərkib hissələrindən biri hesab olunur. Tarixən bu məkan münbit torpaqları və müxtəlif meyvə ağacları ilə seçilərək regionun tanınmış bağçılıq ənənələrinin formalaşmasına töhfə verib. Bu ərazi həm yerli sakinlərin təsərrüfat həyatında, həm də ərazinin ekoloji tarazlığının qorunmasında xüsusi rol oynayıb.

“İşğal dövründə ciddi zərər görməsinə baxmayaraq, bu ərazi yenidən bərpa və yaşıllaşdırma işlərinin əsas istiqamətlərindən birinə çevrilib. Bu gün Laçın rayonunda keçirilən ağacəkmə aksiyası təkcə ekoloji təşəbbüs deyil, eyni zamanda, doğma torpaqlarımızın dirçəlişinə verilən mühüm töhfədir”, - deyə M.Məmmədov qeyd edib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, aksiyanın keçirilməsində başlıca məqsəd bu gözəl diyarı əvvəlkindən də abad və ekoloji cəhətdən dayanıqlı bir məkana çevirməkdir.

“Bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi genişmiqyaslı layihələr işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Biz də Qarabağ Dirçəliş Fondu olaraq Qarabağda ekoloji tarazlığın bərpasına yönəlmiş təşəbbüslərə böyük önəm veririk. Bu cür aksiyalar cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirərək həmrəylik və məsuliyyət hissini gücləndirir. Əminəm ki, birgə səylərimiz nəticəsində Laçın yaxın illərdə regionun ən gözəl və yaşıl guşələrindən birinə çevriləcək”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.

Keçirilən ağacəkmə aksiyasına görə təşkilatçılara təşəkkür edən yerli sakinlər, aksiyanın ərazilərin yaşıllaşdırılması və ekoloji tarazlığın bərpası baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.

Çıxışlardan sonra ağacəkmə aksiyasına start verilib. Aksiya çərçivəsində müasir damcı suvarma sistemi çəkilən 2,8 hektarlıq ərazidə 700 meyvə ağacı əkilib. Ümumilikdə isə ərazidə 1280 meyvə ağacı və 400 üzüm tinginin əkilməsi nəzərdə tutulur.

Ağacəkmə aksiyasından sonra tədbir iştirakçıları Laçın şəhərini gəzərək burada aparılan bərpa və quruculuq işləri ilə tanış olublar.

Qeyd edək ki, Laçın rayonunun Zabux kənd inzibati ərazi dairəsinə daxil olan Bəylik kəndi 1992-ci ildə işğal edilib. 2020-ci il 1 dekabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib. Kənd tarixən öz münbit torpağı və müxtəlif növ meyvə ağaclarından ibarət məşhur “Bəylik Bağları” ilə tanınıb. 30 illik işğal dövründə bu ərazilər ekoloji terrora məruz qalıb, kəndin tarixi yaşıllıq örtüyü tamamilə məhv edilib. Bu gün isə həmin ərazilərdə genişmiqyaslı bərpa və yaşıllaşdırma işlərinə start verilib, yeni ağacların əkilməsi ilə təbiətin əvvəlki zənginliyinin bərpası istiqamətində mühüm addımlar atılır. Həyata keçirilən təşəbbüslər ekoloji tarazlığın yenidən qurulmasına, biomüxtəlifliyin bərpasına və ərazinin dayanıqlı inkişafına xidmət edir.

Nəzərinizə çatdıraq ki, işğaldan azad edilən ərazilərdə ekoloji tarazlığın bərpası QDF-in fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Fond bu istiqamətdə bir neçə layihəni icra edib və yeni layihələrin icrasını davam etdirməkdədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM