satellite   Azerspace-1: 11135 H 30000

Astarada 10 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Astarada 10 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Polis əməkdaşları ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin gətirilməsinə və ayrı-ayrı ünvanlara çatdırılmasına qarşı sərhədçilərlə birlikdə əməliyyat keçiriblər.

NTV xəbər verir ki, Astara rayonunda keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş 35 yaşlı Ceyhun Hüseynov və 30 yaşlı Nəcibə Şahvələdova saxlanılıblar. Həmin şəxslərdən ölkə ərazisinə əvvəlcədən sövdələşmə əsasında İranda yaşayan narkotacir tərəfindən göndərilən 10 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı Astara RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM