satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvandakı qəzada ölən və xəsarət alanların kimliyi məlum olub

Naxçıvandakı qəzada ölən və xəsarət alanların kimliyi məlum olub

NTV xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Əlisahib Həsənli məlumat verib.

O bildirib ki, qəzada hamilə qadın, Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədova Xanım Müşviq qızı və Şərur rayonu Cəlilkənd sakini, 1981-ci il təvəllüdlü İsayev Yaməddin Şəmsəddin oğlu xəsarət alıblar, vəziyyətləri ağırdır.

Qeyd edək ki, qəza zamanı Qıvraq qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məmmədov Emin Rza oğlu və 1974-cü il təvəllüdlü Məmmədzadə Davud Yaqub oğlu dünyasını dəyişib.

Qeyd edək ki, Emin Məmmədov və Xanım Məmmədova ər-arvaddılar. Eyni zamanda, E.Məmmədov Kəngərli rayonu Qıvraq qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışırdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM