satellite   Azerspace-1: 11135 H 30000

Bir həftəyə 160 mina və 528 partlamamış hərbi sursat zərərsizləşdirilib

Bir həftəyə 160 mina və 528 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyunun 10-dan iyunun 16-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

NTV ANAMA-ya istinadən bildirir ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 131, tank əleyhinə 29 mina və 528 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin həftə ərzində 1358,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM