satellite   Azerspace-1: 11135 H 30000

Ali Məclisinin deputatı Qəzənfər Abdullayev Culfa rayon Ərəzin kənd sakinləri ilə görüşüb - FOTOLAR

Ali Məclisinin deputatı Qəzənfər Abdullayev Culfa rayon Ərəzin kənd sakinləri ilə görüşüb<font color=red> - FOTOLAR</font> Ali Məclisinin deputatı Qəzənfər Abdullayev Culfa rayon Ərəzin kənd sakinləri ilə görüşüb<font color=red> - FOTOLAR</font> Ali Məclisinin deputatı Qəzənfər Abdullayev Culfa rayon Ərəzin kənd sakinləri ilə görüşüb<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, iyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayev Culfa rayonunun Ərəzin kəndində sakinlərlə görüş keçirib.

Görüş zamanı kənd sakinlərinin sosial-iqtisadi problemləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Sakinlər əsasən kəndin məhəllə yollarının təmiri və suvarma suyu təchizatı ilə bağlı məsələləri diqqətə çatdırıblar.

Deputat Qəzənfər Abdullayev qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq dövlət orqanlarına müraciət olunacağını və bu məsələlərin nəzarətdə saxlanılacağını bildirib. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.

Sakinlər göstərilən diqqətə görə deputata təşəkkür ediblər. Görüş çərçivəsində deputat kənd qəbiristanlığını da ziyarət edib, Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid Mahmud Zeynalovun məzarı önünə gül dəstəsi qoyaraq onun əziz xatirəsini ehtiramla yad edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM