satellite   Azerspace-1: 11135 H 30000

Xankəndidə keçirilən əmək yarmarkasında Xocalı üzrə vakansiyalar təqdim olunub

Xankəndidə keçirilən əmək yarmarkasında Xocalı üzrə vakansiyalar təqdim olunub

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərdə aktiv məşğulluq tədbirlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, Xankəndidə keçirilən növbəti əmək yarmarkasında Xocalı rayonu üzrə mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və digər iş yerlərinə dair vakansiyalar təqdim olunub.

Yarmarkada iştirak edən sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib. Həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM