satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda hazırda 2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir

Azərbaycanda hazırda 2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir

Azərbaycanda hazırda 2600-dən artıq vəkil və 600-ə yaxın vəkil köməkçisi fəaliyyət göstərir.

NTV xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşü zamanı deyib.

O bildirib ki, bu rəqəmlər Kollegiyanın fəaliyyət miqyasının genişliyini və hüquqi xidmətə olan yüksək tələbatı bir daha göstərir.

Anar Bağırov ARVK tərəfindən vəkil köməkçilərinin peşə hazırlığının artırılmasına daim xüsusi önəm verildiyini vurğulayıb, onları fəal olmağa, təcrübəli vəkillərdən öyrənməyə, təşəbbüskar yanaşma nümayiş etdirməyə və daim biliklərini artırmağa çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM