satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda kümçülərə 40 qutu ipəkqurdu toxumu paylanılacaq - FOTOLAR

Naxçıvanda kümçülərə 40 qutu ipəkqurdu toxumu paylanılacaq<font color=red> - FOTOLAR</font> Naxçıvanda kümçülərə 40 qutu ipəkqurdu toxumu paylanılacaq<font color=red> - FOTOLAR</font> Naxçıvanda kümçülərə 40 qutu ipəkqurdu toxumu paylanılacaq<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasında cari mövsüm üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən 40 qutu ipəkqurdu toxumu götürülüb.

NTV Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən  bildirilib ki, toxumlar Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda inkubasiyaya qoyulub. İnkubasiyadan əldə olunmuş ipəkqurdları may ayının birinci on günlüyünə qədər kümçülərə əvəzi ödənilmədən paylanılacaq.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ında ənənəvi məşğuliyyət növü olan baramaçılıq və ipəkçiliyin bərpa edilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Sahənin yenidən bərpası, o cümlədən əhalinin məşğulluğunun artırılması məqsədilə 2023-cü ildə pilot layihə hazırlanıb. Layihəyə uyğun olaraq ilkin mərhələdə baramaçılıqda yem bazasınınm formalaşdırılması üçün muxtar respublikanın bütün bölgələrində yeni tut bağları salınıb. 35 ildən sonra ötən il muxtar respublikada baramaçılıq bərpa edilib, 30 qutu ipəkqurdu toxumu əsasında 1,1 ton məhsul əldə olunub. Yaş barama Bərdə rayonunda yerləşən baramaqurutma məntəqəsinə təhvil verilib. Kümçülər tərəfindən istehsal edilən yaş baramaya görə subsidiyanın, eləcə də təhvil alan şirkət tərəfindən vəsaitin ödənilməsi təmin olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM