satellite   Azerspace-1: 11135 H 30000

Dünya şöhrətli “NomadMania” səyyah klubunun Şuşaya səfəri başlayıb - FOTOLAR

Dünya şöhrətli “NomadMania” səyyah klubunun Şuşaya səfəri başlayıb<font color=red> - FOTOLAR</font> Dünya şöhrətli “NomadMania” səyyah klubunun Şuşaya səfəri başlayıb<font color=red> - FOTOLAR</font> Dünya şöhrətli “NomadMania” səyyah klubunun Şuşaya səfəri başlayıb<font color=red> - FOTOLAR</font>

“NomadMania” səyyah klubunun təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan dünya səyyahları Füzulidən sonra Şuşa şəhərinə gəliblər.

NTV xəbər verir ki, dünyanın 30 ölkəsindən olan səyyahlar Şuşanın əsrarəngiz təbiəti, tarixi məkanları və burada aparılan quruculuq işləri ilə tanış olacaqlar.

Dünyanın 30 ölkəsini təmsil edən nüfuzlu beynəlxalq səyahətçilərin qrup rəhbəri dünyaşöhrətli səyyah, “NomadMania” klubunun təsisçisi Hari Mitsidisdir. Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.

Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, “Club-100” (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM