satellite   Azerspace-1: 11135 H 30000

2025-ci ilin birinci rübündə aqrar sektorda artım tempi 1,9 faiz olub

2025-ci ilin birinci rübündə aqrar sektorda artım tempi 1,9 faiz olub

2025-ci ilin birinci rübündə aqrar sektorda artım tempi ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz olub, o cümlədən bitkiçilik məhsulları istehsalı 13 faiz, heyvandarlıq məhsulları istehsalı 1,2 faiz artıb.

NTV xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aprelin 23-də parlamentdə keçirilən “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, kənd təsərrüfatı məhsulları ixracında artım tempinə nail olunub, yeni ixrac trendləri yaranıb. 2024-cü ildə kənd təsərrüfatı və emal məhsullarının ixrac həcmi 1,3 milyard ABŞ dolları olmaqla son 5 ildə 40 faizdən çox artıb.

“Aqrar sığortanın əhatə dairəsi ilbəil genişlənir, sığorta ilə əhatə olunan fermerlərin sayı artır. Təkcə ötən il 446,8 min hektar sahə sığortalanıb, 6,4 milyon manatdan çox sığorta/zərər ödənişləri edilib”, - deyə o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM