Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib - FOTOLAR

Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Şəhər İcra Hakimiyyətində “Qəhrəmanlıq və qürur günü” adlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font>

İcra hakimiyyətinin, şəhərin idarə, müəssisə və təşkilatlarının, şəhid ailələri və Vətən müharibəsi qazilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə torpaqlarımızın azadlığı uğrunda həlak olmuş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev tarixi gün münasibətilə, şəhər ictimaiyyətini, xalqımızı təbrik edərək bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində görülən işlərin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu addım-addım irəliləyərək, düşmənin uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdi, qəhrəman oğullarımızın qanı, canı bahasına torpaqlarımız azad edildi.

İcra hakimiyyətinin başçısı qeyd edib ki, bu gün hər bir kəs Azərbaycan Ordusu ilə qürur duyur. Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman öz üzərində hiss edir və xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində dayanır. Hər bir vətəndaşımız rahat, sabitlik şəraitində yaşayır, öz əsgərinə güvənərək gündəlik həyat fəaliyyəti ilə məşğul olur. Xalqımızın ordumuzu güvənc yeri bilməsi, qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə olan sevgi və ehtiramının göstəricisidir. Əlbəttə ki, əldə olunan uğurların, qazanılan Zəfərin arxasında məhz Azərbaycan xalqının birliyi dayanır. Nə bu gün, nə də gələcəkdə bu torpaqlara düşmən əli uzana bilməz. Bizə bu qüruru yaşatdıqlarına görə Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərə, bütün əsgər və zabitlərimizə, müharibə iştirakaçılarına xalqımız daim minnətdar olacaqdır.

Şəhid Vəli Quliyevin anası Həqiqət Quliyeva, Vətən müharibəsi qazisi Pərviz Muradov və şəhid Seymur Cabbarovun övladı Sevinc Cabbarova çıxış edərək Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü olaraq təsis edilməsi və həmin gün möhtərəm Prezidentin Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətini şəhidlərin ruhuna ehtiramın, yüksək dəyərin ifadəsi olduğunu bildiriblər. Zəfər və Anım günlərinin təsis edilməsi bir daha göstərir ki, xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bizə zəfər yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır. Bu zəfərin sərkərdəsi isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Məhz Onun çağırışları, dönməz qətiyyəti, tarixi Zəfərə böyük inamı igidlərimizi qələbədən-qələbəyə apardı.

Çıxışlardan sonra “Zəfər tarixi” adlı qısametrajlı film nümayiş olunub.

Tədbirin sonunda İcra hakimiyyətinin başçısı Cabbar Musayev şəhid ailələri və qazilərlə görüşüb, onların qayğıları ilə maraqlanıb. İcra başçısı şəhid ailələrini əmin edib ki, daim şəhid ailələrinin və Vətən müharibəsi qazilərinin problemlərinin həlli ilə bağlı bütün zəruri tədbirlər görüləcək. Sonra şəhid ailələri və qazilərlə xatirə şəkli çəkdirilib. Şəhid ailələri onlara göstərilən diqqətə görə dövlətimizə, Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM