satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Qazaxıstandakı səfiri medalla təltif edilib

Azərbaycanın Qazaxıstandakı səfiri medalla təltif edilib

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov ilə həmin ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Muxtar Yerman arasında görüş keçirilib.

NTV xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyi məlumat yayıb.

Görüş zamanı Muxtar Yerman Mərkəzi Seçki Komissiyasının sədri adından səfir Ağalar Atamoğlanova “Seçki orqanları sisteminin inkişafına verdiyi töhfəyə görə” medalını təqdim edib.

Səfir bu ali mükafata, göstərilən etimada və diqqətə görə minnətdarlığını bildirib. Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM