satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN Venesuelaya başsağlığı verib

Azərbaycan XİN Venesuelaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Venesuelaya başsağlığı verib.

NTV xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Venesuelada baş verən faciəvi insan itkisinə və geniş miqyaslı dağıntılara səbəb olan dağıdıcı zəlzələdən dərindən kədərlənirik. Faciə qurbanlarının ailələrinə ürəkdən başsağlığı verir və bu çətin vaxtda Venesuela xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Zərər çəkən bütün insanlara tezliklə sağalmalarını arzulayırıq", - paylaşımda bildirilib.

Qeyd edək ki, Venesuelada baş verən iki dağıdıcı zəlzələ nəticəsində, ilkin məlumata görə, azı 32 nəfər ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM