satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanla Keniya arasında enerji əməkdaşlığı müzakirə olunub - FOTOLAR

Azərbaycanla Keniya arasında enerji əməkdaşlığı müzakirə olunub<font color=red> - FOTOLAR</font> Azərbaycanla Keniya arasında enerji əməkdaşlığı müzakirə olunub<font color=red> - FOTOLAR</font>

Azərbaycanla Keniya arasında enerji əməkdaşlığı müzakirə olunub.

NTV  xəbər verir ki, bu barədə Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və bu ölkənin energetika, neft naziri Ceyms Opiyo Uandayinin görüşündə müzakirə aparılıb.

Bildirilib ki, görüşdə iki ölkə münasibətlərinin inkişafının dinamikasından razılıq ifadə olunub və Keniya-Azərbaycan əməkdaşlığının prioritetlərindən olan energetika, neft-qaz sahəsində qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.

Ceyms Opiyo Uandayi Keniya Prezidenti Uilyam Samoei Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfəri zamanı Azərbaycanın Prezidenti İlham Əliyev ilə keçirilən ikitərəfli görüşdə enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetirildiyini söyləyib. Nazir qeyd edib ki, enerji resurslarının kəşfi və istismarı sahəsində Azərbaycanın əsrlərlə əldə etdiyi zəngin təcrübənin Keniya ilə bölüşülməsi ölkənin enerji mənbələrinin səmərəli istifadəsinə, kadrların peşə hazırlığına, xarici investisiya imkanlarının artırılmasına mühüm töhfə ola bilər.

Sultan Hacıyev mövcud əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan maksimum bəhrələnməyin vacibliyini vurğulayaraq ötən il imzalanan "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Keniya Respublikasının Enerji və Neft Nazirliyi arasında enerji sektorunda əməkdaşlıq haqqında Anlaşma Memorandumu" çərçivəsində aparılan danışıqların sahə üzrə işbirliyinin intensivləşməsinə xüsusi təsirli olduğunu dilə gətirib.

Səfir qeyd edib ki, Keniya Prezidenti Bakıya səfəri zamanı SOCAR-ın prezidenti Rövşən Nəcəflə də görüşüb.

Sonda iki ölkənin aidiyyəti qurumlarının təmaslarının davam etməsi haqqında razılıq əldə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM