Bolqarıstan Xəbər Agentliyinin (BTA) baş direktoru Kiril Valçev istefa ərizəsini parlament sədrinə təqdim edəcəyini bildirib. O, Bolqarıstanın vitse-prezidenti seçildiyini təsdiq edən sənədi gələn həftə Mərkəzi Seçki Komissiyasından alacağını qeyd edib.
NTV BTA-ya istinadla xəbər verir ki, Valçev bu barədə parlamentin Mədəniyyət və media komitəsinin iclasında çıxışı zamanı məlumat verib. O, yeni baş direktor seçilənədək vəzifələrini müavini Yevgeniya Drumevanın icra edəcəyini bildirib.
