satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Banqkokda səfərdədir - FOTOLAR

Ceyhun Bayramov Banqkokda səfərdədir<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramov Banqkokda səfərdədir<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramov Banqkokda səfərdədir<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirak etmək üçün Tailand Krallığının paytaxtı Banqkokda səfərdədir.

NTV xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

"Heç kimi geridə qoymamaq: Asiya və Sakit Okean regionunda inklüziv cəmiyyətlərin qurulması" mövzusu ilə keçiriləcək sessiya, layiqli iş, bütün yaşlar üçün tam və məhsuldar məşğulluq, qadınların iqtisadi imkanlarının gücləndirilməsi, ümumi sosial inteqrasiya da daxil olmaqla, cari və inkişaf etməkdə olan demoqrafik tendensiyaların və sosial-iqtisadi prioritetlərin müzakirəsi üçün platforma təmin edəcək.

Qeyd edək ki, səfər çərçivəsində Ceyhun Bayramovun 20 apreldə Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirakı və çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM