satellite   Azerspace-1: 11135 H 30000

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

Keniyada Ebola virusuna ilk təsdiqlənmiş yoluxma və xəstəlikdən birinci ölüm halı qeydə alınıb.

NTV xarici mediaya istinadla xəbər verir ki, Keniyanın səhiyyə naziri Adən Dualın sözlərinə görə, ölən şəxs son vaxtlar Konqo Demokratik Respublikasından ölkəyə qayıdıb. Həmin şəxs son yeddi il ərzində Konqo Demokratik Respublikasında yaşayıb və təxminən bir ay əvvəl Ebola virusuna yoluxub.

Xəstə müxtəlif tibb müəssisələrində müalicə aldıqdan sonra quru yolu ilə Uqandanın paytaxtı Kampalaya gedib. Daha sonra təyyarə ilə Keniyanın paytaxtı Nayrobiyə yollanıb.

Keniyanın səhiyyə orqanları virusun yayılmasının qarşısını almaq məqsədilə təcili tədbirlər həyata keçirir. Yoluxmuş şəxslə təmasda olan insanların müəyyənləşdirilməsi və izlənilməsi istiqamətində işlərə başlanılıb.

Bununla yanaşı, yeni yoluxma hallarının ortaya çıxması ehtimalına qarşı ölkənin sərhəd-keçid məntəqələrində nəzarət və hazırlıq səviyyəsi artırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

10:20 07.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM