satellite   Azerspace-1: 11135 H 30000

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Cari ildə “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 96,32 dollar olacağı gözlənilir.

NTV xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Qurumun ötənaykı proqnozu 91,01 dollar idi.

EIA-ya görə, “Light” markalı xam neftin bir barelinin orta qiyməti isə bu il 88,21 dollar olacaq. Əvvəlki proqnoz 84,65 dollar idi.

Gələn il “Brent” neftinin bir barelinin qiymətinin orta hesabla 83,74 dollar, “Light”ın bir barelinin qiymətinin isə 79,74 dollar olacağı proqnozlaşdırılır. Əvvəlki proqnozlar müvafiq olaraq 73,74 dollar və 69,74 dollar idi.

EIA-nın məlumatına əsasən, beynəlxalq etalon hesab edilən “Brent” neftinin orta qiyməti sentyabr ayında barel üçün 114 dollar olub. Bu, avqust ayının orta göstəricisindən 23 dollar yüksəkdir. “Brent”in spot qiymətinin cari ilin dördüncü rübündə orta hesabla barel üçün 105 dollar olacağı gözlənilir ki, bu da ötən ayın hesabatındakı proqnozdan 14 dollar yüksəkdir.

Qiymət proqnozlarının yuxarıya doğru yenidən nəzərdən keçirilməsi Yaxın Şərqdə tədarükün pozulmasının qlobal neft ehtiyatlarının azalmasına və dizel bazarındakı sıxlığın qiymətləri yüksək saxlamasına səbəb olması ilə əlaqələndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM