satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan Qazaxıstan prezidentini yeni Konstitusiya münasibətilə təbrik edib

Ərdoğan Qazaxıstan prezidentini yeni Konstitusiya münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi ümumxalq referendumunun uğurla keçirilməsi və Qazaxıstanın yeni Konstitusiyasının qəbul edilməsi münasibətilə təbrik edib və bunun Qazaxıstan başçısının müdrik və inamlı siyasəti sayəsində mümkün olduğunu qeyd edib.

 

NTV Akorda mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə və Qazaxıstan Prezidentləri arasında telefon danışığında Rəcəb Tayyib Ərdoğan yeni Əsas Qanunun Qazaxıstanın davamlı mütərəqqi inkişafına və daxili və beynəlxalq potensialının möhkəmlənməsinə güclü təkan verəcəyinə əminliyini bildirib.

 

Tokayev türkiyəli müşahidəçilərə referendumun keçirilməsində fəal iştirakına görə təşəkkür edib. Bildirib ki, bu iki ölkə arasında ənənəvi qarşılıqlı qardaşlıq və dostluq münasibətlərini əks etdirir.

 

Prezident Ərdoğan mayın 14-nə planlaşdırılan Qazaxıstana dövlət səfərinə, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına, eləcə də Türk Dövlətləri Təşkilatının qarşıdan gələn qeyri-rəsmi Zirvə görüşünə böyük əhəmiyyət verdiyini qeyd edib. Tokayev isə öz növbəsində Astanadakı danışıqların əhəmiyyətli olması ilə razılaşıb, Türkdilli ölkələrin dövlət başçılarının Türküstanda keçiriləcək Zirvə görüşünə böyük ümid bəslədiyini vurğulayıb.

 

Məlumatda o da qeyd olunub ki, Ərdoğanın aprel ayında Antalyada keçiriləcək Diplomatik Foruma dəvətini Tokayev müsbət cavablayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM