Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb.
NTV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir.
Zelenski əlavə edib ki, hadisə yerində təcili xidmətlər işləyir, axtarış-xilasetmə əməliyyatları davam edir.
Bundan başqa, ötən gecə Ukraynanın 13 regionu zərbəyə məruz qalıb. Yaşayış evləri, infrastruktur və dəmir yolu obyektləri zədələnib.
