satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Baş naziri Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

Baş nazir Əli Əsədov martın 11-də Azərbaycanda səfərdə olan Kosta Rika Respublikasının Birinci vitse-prezidenti Fransisko Qamboa ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən NTV-yə  bildirilib ki, görüş zamanı F.Qamboanın 13-cü Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.

Dünyada artan gərginlik və mürəkkəb geosiyasi proseslər fonunda Forumun dialoqun təşviqi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynadığı bildirilib.

Həmçinin Azərbaycan-Kosta Rika əlaqələrinin iqtisadi, investisiya, yaşıl enerji, humanitar və digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan da iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM