satellite   Azerspace-1: 11135 H 30000

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Şimali Koreya oktyabrın 12-də Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb.

NTV xəbər verir ki, bu barədə “News1” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.

Bildirilib ki, raketlər Pxenyan ərazisindən buraxılıb və təxminən 900 kilometr məsafə qət edib. Cənubi Koreya ordusu mümkün əlavə buraxılışlara hazır olduğunu, ABŞ və Yaponiya ilə məlumat mübadiləsi apardığını açıqlayıb.

Qeyd edək ki, Şimali Koreya bundan əvvəl oktyabrın 3-də Yapon dənizi istiqamətində ballistik raket buraxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:21 12.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM