satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya silah tədarükü və kəşfiyyat məlumatlarının ötürülməsi proqramlarını dayandırmaqla hədələyib.

NTV xəbər verir ki, bu barədə “Financial Times” qəzeti adı açıqlanmayan avropalı rəsmilərə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ rəsmiləri oktyabrın 10-11-də Kiyev və Avropa paytaxtları ilə əlaqə saxlayaraq, Avropa vəsaitləri hesabına ABŞ-dən Ukrayna üçün silah alınmasını nəzərdə tutan PURL proqramının, eləcə də kəşfiyyat məlumatlarının paylaşılmasının dayandırıla biləcəyini bildiriblər.

Qəzetin yazdığına görə, Ağ Ev məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, oktyabrın 11-də Donald Tramp Rusiya və Ukraynanın enerji obyektlərinə hücumların qarşılıqlı dayandırılması barədə razılığa gəldiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM