satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və ABŞ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir - FOTOLAR

Azərbaycan və ABŞ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir<font color=red> - FOTOLAR</font> Azərbaycan və ABŞ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir<font color=red> - FOTOLAR</font> Azərbaycan və ABŞ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir<font color=red> - FOTOLAR</font> Azərbaycan və ABŞ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir<font color=red> - FOTOLAR</font> Azərbaycan və ABŞ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir<font color=red> - FOTOLAR</font>

Səhiyyə naziri Teymur Musayev ABŞ Ticarət Palatasının üzvləri ilə görüş keçirib.

Bu barədə NTV-yə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə ABŞ arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər səhiyyə sisteminin modernləşdirilməsi, innovativ tibbi texnologiyaların tətbiqi, əczaçılıq sənayesində və tibb təhsili istiqamətində əməkdaşlıq mövzularına toxunublar.

Prezidentinin rəhbərliyi altında Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə sahəsinə insan kapitalının gücləndirilməsi və rəqəmsallaşdırma istiqamətində görülən işlər barədə məlumat verilib.

Teymur Musayev beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ şirkətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cenifer Mil Azərbaycanla əməkdaşlığa maraqlı olduğunu bildirib, səhiyyə və əczaçılıq sahələrində amerikalı şirkətlərin təcrübə və texnologiyalarının paylaşılmasının mümkünlüyünü qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM