satellite   Azerspace-1: 11135 H 30000

Apple kommersiya sirri ilə bağlı OpenAI-yə qarşı iddia qaldırıb

Apple kommersiya sirri ilə bağlı OpenAI-yə qarşı iddia qaldırıb

ABŞ-nin Apple korporasiyası ChatGPT çat-botunu yaradan OpenAI şirkətinə qarşı məhkəmə prosesi başladıb.

NTV CNBC telekanalına istinadən xəbər verir ki, bu barədə Kaliforniyanın Şimal Dairəsi məhkəməsinin elektron məlumat bazasında qeyd olunub.

Dərc edilmiş materiallardan məlum olur ki, iddia iyulun 10-da qeydə alınıb. Texnologiya nəhəngi süni intellekt tərtibatçısına qarşı kommersiya sirrindən qanunsuz istifadə ilə bağlı ittihamlar irəli sürüb.

CNBC qeyd edir ki, Apple-da belə hesab edirlər ki, onların əqli mülkiyyəti və qapalı korporativ məlumatları OpenAI tərəfindən öz proqram məhsullarının yaradılması prosesində istifadə olunub.

Məhkəmə sənədlərində göstərilir ki, süni intellekt startapına işə keçmək istəyən Apple işçilərinə guya şirkətin kommersiya sirlərini ötürmək təklif olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM