satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın Baş prokuroru Azərbaycana səfər edib

Gürcüstanın Baş prokuroru Azərbaycana səfər edib

Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfər çərçivəsində Fəxri xiyabanı ziyarət edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Baş Prokurorluğun mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, nümayəndə heyəti, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib.

Daha sonra qonaqlar Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Səfər çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev ilə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze arasında geniş tərkibdə görüş keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Venesuela İrana nota verib

15:48 29.07.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM