satellite   Azerspace-1: 11135 H 30000

Oleksandr Mişenko: Ukrayna “Orta Asiya + Azərbaycan” logistika formulunu hazırlayıb

Oleksandr Mişenko: Ukrayna “Orta Asiya + Azərbaycan” logistika formulunu hazırlayıb

Ukrayna "Orta Asiya + Azərbaycan" logistika formulunu hazırlayaraq logistika marşrutlarını inkişaf etdirmək niyyətindədir.

NTV xəbər verir ki, bu fikri Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşündə söyləyib.

Nazir müavini bildirib ki, regional əməkdaşlıq çərçivəsində Ukrayna bu ilin sentyabr ayında Azərbaycanda keçirilməsi planlaşdırılan Logistika Forumunda iştirakına xüsusi diqqət yetirir.

“Rusiyanın təcavüzü qarşısında ölkəmiz üçün logistika marşrutlarının inkişafı çox vacibdir və Ukrayna hazırda Azərbaycan və Orta Asiya ölkələri ilə əməkdaşlığı gücləndirməkdə maraqlıdır. Hazırlanmış "Orta Asiya + Azərbaycan" logistika formulunu nəzərə alsaq, Ukrayna region ölkələri, ilk növbədə Türkmənistan və Tacikistan, eləcə də digər Orta Asiya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün əhəmiyyətli potensial görür”, - deyə Oleksandr Mişenko əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM