satellite   Azerspace-1: 11135 H 30000

Bəzi qanunlara kraudfandinq fəaliyyəti ilə əlaqədar dəyişikliklər I oxunuşda qəbul olunub

Bəzi qanunlara kraudfandinq fəaliyyəti ilə əlaqədar dəyişikliklər I oxunuşda qəbul olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Lisenziyalar və icazələr haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi I oxunuşda qəbul olunub.

NTV xəbər verir ki, yeni qanun ölkədə kraudfandinq (kütləvi maliyyələşdirmə) fəaliyyətinin hüquqi çərçivəsini müəyyən etməyi və bu sahəni tənzimləməyi nəzərdə tutur. Layihəyə əsasən, Azərbaycan Respublikasının Mülki, Cinayət, Vergi və İnzibati Xətalar məcəllələri də daxil olmaqla, ümumilikdə 12 qanunvericilik aktına dəyişikliklər edilir.

Dəyişikliklərdə əksini tapan əsas məqamlar aşağıdakılardır:

Dövlət Rüsumu və Reyestr: Hüquqi şəxslərin kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Azərbaycan Mərkəzi Bankının reyestrinə daxil edilməsi üçün 2 750 manat məbləğində dövlət rüsumu müəyyən edilir.

Kraudfandinq platformalarının operatorları Mərkəzi Bankın nəzarət subyektləri sırasına daxil edilir. Operatorlar fəaliyyətlərinə dair hesabatları Mərkəzi Banka təqdim etməli olacaqlar.

Kraudfandinq qanunvericiliyinin pozulmasına görə ciddi cərimələr tətbiq ediləcək:

Məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə hüquqi şəxslər 3 000 manatdan 4 000 manatadək;

Hesabatların təqdim edilməməsinə və ya təhrif olunmasına görə hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək;

Pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə hüquqi şəxslər 6 000 manatdan 7 000 manatadək cərimə ediləcək.

Xaricə köçürmələrlə bağlı təsdiqedici sənədlərin müəyyən edilmiş müddətdə müvəkkil banklara və ya Mərkəzi Banka təqdim edilməməsinə, yaxud xaricdən qaytarılmalı olan valyutanın hesaba köçürülməməsinə görə fiziki şəxslər valyuta məbləğinin 5%-dən 10%-dək, hüquqi şəxslər isə 20%-dən 30%-dək məbləğdə cərimələnəcəklər. Kraudfandinq çərçivəsində qiymətli kağızların emissiyası və kütləvi təklifi isə "Kraudfandinq haqqında" yeni qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

Kraudfandinq platformalarının operatorları cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına (çirkli pulların yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qanunvericiliyinin subyektlərinə çevrilirlər.

Bu qanun layihəsi "Kraudfandinq haqqında" Azərbaycan Respublikasının yeni Qanunu ilə eyni gündə qüvvəyə minəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM