satellite   Azerspace-1: 11135 H 30000

Venesuela zəlzələlərdən sonra dəstəyə görə Azərbaycana təşəkkür edib

Venesuela zəlzələlərdən sonra dəstəyə görə Azərbaycana təşəkkür edib

Venesuela çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılarla nəticələnən iki güclü zəlzələ ilə əlaqədar göstərdiyi həmrəyliyə və başsağlığına görə Azərbaycana minnətdarlığını bildirib.

NTV xəbər verir ki, bu barədə Bolivar Respublikasının xarici işlər naziri İvan Xil Pinto "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Venesuela hökuməti xalqımıza ünvanlanmış həmrəylik və başsağlığı mesajına görə Azərbaycan Respublikasına səmimi minnətdarlığını bildirir", - nazir qeyd edib.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib. Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib. Son məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971 nəfərə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM