satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan–Fransa münasibətlərini müzakirə edib - FOTOLAR

Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan–Fransa münasibətlərini müzakirə edib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterlə görüşüb.

NTV xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün "X" hesabında bildirib.

O qeyd edib ki, görüş zamanı ötən ay Prezident İlham Əliyev ilə Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığı fonunda bir sıra məsələlər müzakirə edilib:

"Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM