satellite   Azerspace-1: 11135 H 30000

Xələf Xələfov AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşüb

Xələf Xələfov AQEM-in Baş katibi Kayrat Sarıbay ilə görüşüb

İyunun 25-də Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Bakıda səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay ilə görüşüb.

NTV xəbər verir ki, görüşdə Azərbaycanın hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin gündəliyi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu çərçivədə ölkəmizin təşəbbüsü ilə AQEM ölkələrində Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin, AQEM Qadınlar Şurasının və AQEM Maliyyə Sammitinin yaradılması, habelə iqtisadi əməkdaşlıq, iqlim dayanıqlılığı, su təhlükəsizliyi, qadınların səlahiyyətləndirilməsi, gənclər, təhsil, media, turizm və nəqliyyat-logistika sahələrində keçirilmiş genişmiqyaslı tədbirlərin əhəmiyyətinə və görülən işlərin bu beynəlxalq qurumun güclənməsinə verdiyi xüsusi töhfəyə diqqət çəkilib.

Görüşdə AQEM-in regionda və dünyada sülhün, təhlükəsizliyin, sabitliyin və dayanıqlı inkişafın təşviqi istiqamətində əməkdaşlığın gücləndirilməsində vacib rolu qeyd edilib.

Xələf Xələfov bu il Azərbaycanın sədrliyi dövründə keçiriləcək AQEM Sammitinin iştirakçı dövlətlər arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsində mühüm rol oynayacağını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM