satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda elektrik oyuncaqlar üçün texniki reqlament hazırlanıb

Azərbaycanda elektrik oyuncaqlar üçün texniki reqlament hazırlanıb

Azərbaycanda "Elektrotexnika və radioelektronika məmulatlarında bəzi təhlükəli maddələrin tətbiqinin məhdudlaşdırılması haqqında" texniki reqlament hazırlanıb.

Bu barədə NTV Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, reqlamentin məqsədləri üçün istifadə olunan əsas anlayışlar da müəyyənləşdirilib. Belə ki, "oyuncaq" 14 yaşınadək uşaqların oynaması üçün nəzərdə tutulmuş məmulat və ya material kimi izah olunur.

"Elektrik oyuncaq" isə azı bir funksiyası elektrik enerjisi ilə yerinə yetirilən oyuncaq kimi müəyyən edilib.

Bundan başqa, "elektrotexnika və radioelektronika məmulatları" anlayışı da açıqlanıb. Bu kateqoriyaya birbaşa istifadə üçün nəzərdə tutulan və ya maşınlara, mexanizmlərə, cihazlara, alətlərə və digər avadanlıqlara daxil olan, təyinatı elektrik cərəyanlarının və ya elektromaqnit sahələrinin mövcudluğu, istifadəsi, istehsalı, çevrilməsi, ötürülməsi və paylanması ilə bağlı olan məmulatlar aid edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM