satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda süni intellektlə bağlı qanun layihəsi hazırlanır

Azərbaycanda süni intellektlə bağlı qanun layihəsi hazırlanır

Azərbaycanda süni intellektlə bağlı qanun layihəsi hazırlanır.

NTV xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, hazırda bu istiqamətdə müvafiq işlər davam etdirilir:

"Süni intellekt vasitəsilə hazırlanmış foto, video və audio materialların nişanlanmadan yayılmasına görə məsuliyyətin tətbiqi vacibdir. Hesab edirəm ki, yalnız bu cür materialları yayanlar deyil, eyni zamanda onları nişanlanma olmadan hazırlayan və yayılmasına şərait yaradan fiziki və hüquqi şəxslər üçün də inzibati məsuliyyət müəyyən edilməlidir".

Azay Quliyev əlavə edib ki, indiki mərhələdə olmasa belə, gələcəkdə məsələyə yenidən qayıtmaq olar:

"Hazırda müvafiq qurumlar tərəfindən "Süni intellekt haqqında" ayrıca qanun layihəsi üzərində iş gedir və irəli sürdüyüm təklifə bu çərçivədə də baxmaq olar".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM