satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Türkiyə ilə birgə hərbi təlimlərin planlaşdırılması müzakirə olunub - FOTOLAR

Naxçıvanda Türkiyə ilə birgə hərbi təlimlərin planlaşdırılması müzakirə olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda Türkiyə ilə birgə hərbi təlimlərin planlaşdırılması müzakirə olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda Türkiyə ilə birgə hərbi təlimlərin planlaşdırılması müzakirə olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda Türkiyə ilə birgə hərbi təlimlərin planlaşdırılması müzakirə olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda Türkiyə ilə birgə hərbi təlimlərin planlaşdırılması müzakirə olunub<font color=red> - FOTOLAR</font>

Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

Bu barədə NTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-leytenant Kənan Seyidov Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel ilə görüşüb, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Brifinq zalında ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlər barədə məlumat verilib.

Ordu generalı Metin Tokel bölgədə sabitliyin gücləndirilməsi və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə Türkiyənin daim Azərbaycanın yanında olduğunu və tarixi Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq istənilən hərbi yardımı göstərməyə hazır olduqlarını bildirib. Ordu generalı iki ölkə arasındakı münasibətlərin strateji və hərbi tərəfdaşlıq baxımından möhkəm bir təmələ sahib olduğunu söyləyib.

Sonda birgə hərbi təlimlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması ilə bağlı məsələlər müzakirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM