satellite   Azerspace-1: 11135 H 30000

Ağdamda polis əməkdaşı mina partlayışı zamanı xəsarət alıb

Ağdamda polis əməkdaşı mina partlayışı zamanı xəsarət alıb

İyunun 30-da Ağdam rayonunun Papravənd kəndi ərazisində mina hadisəsi baş verib.

NTV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı Ağdam rayonun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.

Zərərəçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM