satellite   Azerspace-1: 11135 H 30000

APA Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı dialoq çağırışlarını dəstəkləyib

APA Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı dialoq çağırışlarını dəstəkləyib

Qərbi Azərbaycan mövzusunda beynəlxalq dəstəyin əldə olunması istiqamətində növbəti addım atılıb.

Naxçıvan televiziyası xəbər verir ki, Asiya Parlament Assambleyasının (APA) fevralın 17-21-də Bakıda keçirilmiş sessiyasında qəbul edilmiş yekun sənəddə Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtmasına və Qərbi Azərbaycan İcmasının (QAİ) qayıdışla bağlı dialoq çağırışlarını dəstəkləyib.

Özündə 44 dövlətin parlamentini birləşdirən APA-nın Qərbi azərbaycanlıların qayıdış hüququnu dəstəkləməsi bu mövzunun beynəlxalq sülh və insan hüquqları gündəliyinin əsas məsələlərindən biri kimi qəbul edilməsinin növbəti mötəbər təsdiqidir.

QAİ yekun sənəddə ifadə olunan sözügedən birmənalı dəstəyə görə Milli Məclisə və APA üzvü olan digər dövlətlərin parlamentlərinə təşəkkür edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM