Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb.

Bu barədə NUHÇIXAN-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazirin 30 aprel tarixində Doha şəhərində keçiriləcək Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında iştirak və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM