Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesində namizədlərə kömək məqsədilə dəstək mərkəzləri yaradılıb.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyi tərəfindən 2024-2025-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə keçiriləcək müsabiqənin elektron sənəd qəbulu prosesində namizədlərə kömək məqsədilə rayon, şəhər Təhsil şöbələrində dəstək mərkəzləri yaradılıb.
Namizədlər yaradılan dəstək mərkəzlərinə yaxınlaşaraq müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesi istiqamətində müraciət edə bilərlər.