satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb - RƏSMİ

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb<font color='red'> - RƏSMİ</font>

Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında hepatit B və C diaqnozu ilə ayrılıqda 14 nəfər qeydiyyata alınıb.

Bu barədə NTV-yə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hepatit B xəstələrinin 6-sı, hepatit C xəstələrinin isə 8-i qadın olub. 2026-cı ilin ilk yarısında hepatit C-yə yoluxan bir nəfər 0–17, 13-ü isə 18 və yuxarı yaş kateqoriyasına daxildir. Hepatit B-nin eyni dövr üçün göstəricisinə görə, üç nəfər 0-17, 11 nəfər isə 18 və yuxarı yaşları əhatə edir.

Məlumata görə, 2025-ci ildə hepatit B diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. Bu göstərici 2024-cü illə müqayisədə 11 nəfər və ya 21,6 % çoxdur.

Bununla yanaşı, hepatit C diaqnozu ilə qeydiyyata alınanların sayı azalıb. Belə ki, 2024-cü ildə 142 nəfər olduğu halda, 2025-ci ildə bu rəqəm 47 nəfərə düşüb. Bu isə 95 nəfər və ya 66,9 % azalma deməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM