satellite   Azerspace-1: 11135 H 30000

Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub - FOTOLAR

Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub<font color=red> - FOTOLAR</font> Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub<font color=red> - FOTOLAR</font> Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub<font color=red> - FOTOLAR</font> Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub<font color=red> - FOTOLAR</font> Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Şahbuz Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim briqadası Biçənək Kənd Tibb Məntəqəsində tibbi müayinə təşkil edib.

 

Nazirliyin mətbuat xidmətindən NTV-yə bildirilib ki, aksiya çərçivəsində müxtəlif sahələr üzrə müayinələr aparılıb. Belə ki, 16 pediatrik, 10 cərrahi, 12 terapevtik, 13 laborator, 6 kardiorevmatoloji və 6 ginekoloji müayinələr həyata keçirilib. Ümumilikdə 63 nəfər tibbi müayinədən keçib, müraciət edən şəxslərə müvafiq tibbi məsləhətlər verilib və zəruri hallarda müalicə təyin olunub.

 

Bu cür tibbi müayinə aksiyalarının təşkili səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin mühüm və prioritet istiqamətlərindən biri olmaqla, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması, vaxtında müalicəyə cəlb olunma imkanlarının artırılması və profilaktik tədbirlərin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM