satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Ailə Sağlamlıq mərkəzlərinin tibb heyəti üçün maarifləndirici təlim keçirilib - FOTOLAR

Naxçıvanda Ailə Sağlamlıq mərkəzlərinin tibb heyəti üçün maarifləndirici təlim keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Ailə Sağlamlıq mərkəzlərinin tibb heyəti üçün maarifləndirici təlim keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Ailə Sağlamlıq mərkəzlərinin tibb heyəti üçün maarifləndirici təlim keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda Ailə Sağlamlıq mərkəzlərinin tibb heyəti üçün maarifləndirici təlim keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq səhiyyə sistemində aparılan islahatlar çərçivəsində Ailə Sağlamlıq mərkəzlərində çalışan tibbi heyət üçün növbəti maarifləndirici təlim təşkil olunub.

NTV AZƏRTAC-a istinadən bildirilib ki, təlimin əsas məqsədi imtiyazlı dərman preparatlarının paylanması ilə bağlı qanunvericiliyin tələbləri, vətəndaşlarla ünsiyyət mədəniyyəti və bu sahədə tibbi personalın peşəkar bilik və bacarıqlarının artırılması olub. Tədbir zamanı iştirakçılara mövzu ilə bağlı geniş məlumat verilib, praktiki nümunələr əsasında mövcud hüquqi çərçivə izah edilib.

Həkim-endokrinoloq Aysel Dünyamalıyeva təlimdə imtiyazlı dərman vasitələrinin düzgün və şəffaf şəkildə paylanması qaydaları, eləcə də pasiyentlərlə səmərəli ünsiyyətin qurulması istiqamətində vacib tövsiyələr verib.

Maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM