satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub

Prezident İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı BMT-də islahatlar məsələsinə toxunub.

NTV xəbər verir ki, Azərbaycanın bu məsələ ilə bağlı öz rolunun olduğunu bildirən dövlətimizin başçısı deyib: “Qoşulmama Hərəkatının sədri olaraq biz islahatlarla bağlı öz versiyamızı təklif etdik. Çünki bu, əhatəli olmalıdır və təmsilçilik səviyyəsində, lazımi səviyyədə olmalıdır. Təklifimiz ondan ibarətdir ki, rotasiya şəklində bir daimi yer Qoşulmama Hərəkatının sədrinə verilməlidir və onun veto hüququ olmalıdır. Digər yer İslam Əməkdaşlıq Təşkilatına ayrılmalıdır. Çünki orada müsəlman ölkələri də təmsil olunmur. O da rotasiya ilə olmalıdır. Daha bir yer isə Afrika İttifaqına ayrılmalıdır. Afrika İttifaqının həmin dönəmdəki sədri orada təmsil olunmalıdır. Bu, ədalətli yanaşma olardı Təhlükəsizlik Şurasında”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM